Moskvaya uçan təyyarədə adam öldü
13 Dekabr 2025, 21:21
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
371
13.03.2025, 17:11
Xəbər verdiyimiz kimi, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulovanın Polşaya səfəri başa çatıb. Səfər Azərbaycanın Polşadakı Səfirliyinin dəvəti və təşkilatçılığı ilə baş tutub.
Türk Mədəniyyəti və İrsi Fondunun verdiyi xəbərə görə, səfər çərçivəsində A.Raimkulova Polşa parlamentinin yuxarı palatası olan Senatda vitse-spiker Mixal Kaminski, Varşava Universitetinin rektoru Aloyzi Novak və Polşanın Krakov şəhərində yerləşən, ölkənin ən qədim ali təhsil ocağı olan Yaqellon Universitetinin rektoru Piort Yedınakilə görüşlər keçirib. Görüşlərdə Fonda üzv ölkələrin Polşada akkreditə olunan diplomatik nümayəndəliklərinin rəhbər və əməkdaşları xanım A.Raimkulovanı müşayiət ediblər.
Görüşlərdə Türk Mədəniyyəti və İrsi Fondunun türk dünyasının qədim və zəngin mədəni irsinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi üzrə geniş miqyaslı fəaliyyətindən söz açılıb. Fondun təşkilata üzv və müşahidəçi dövlətlər ilə yanaşı, digər xarici ölkələrlə də tərəfdaşlıq əlaqələrinin genişləndirməsindən bəhs olunub.
Görüşlərdə həmçinin Fond və Polşa arasında mədəni əlaqələrin dərinləşdirilməsi və ortaq layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Polşada türk dünyasının zəngin mədəni və tarixi irsinin qorunması, tədqiqi və tanıdılması istiqamətində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Habelə, Polşada yaşayan türk əsilli tatar və karaim icmalarının mədəni irsinin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb. A.Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun bu sahədə həyata keçirdiyi layihələr, o cümlədən mədəni abidələrin bərpası, elmi araşdırmalar və beynəlxalq sərgilər haqqında məlumat verib.
Krakov şəhərinə səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə Yaqellon Universiteti arasında elmi əməkdaşlıq və akademik mübadilələri təşviq edən Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Bu sənəd iki qurum arasında birgə elmi tədqiqatların aparılması, konfrans və seminarların təşkili və ümumi iş birliyi məsələlərini özündə ehtiva edir.
Qeyd edək ki, Fond ilə Polşa ali təhsil müəssisələri arasında ilk belə Memorandum 2023-cü ildə Varşava Universiteti ilə imzalanıb.
Görüşlərdə A.Raimkulovaya Polşanın tarixi və mədəni irsin qorunmasına verdiyi böyük önəm, türk dünyası ilə mədəni mübadilənin inkişaf etdirilməsinin əhəmiyyəti,Varşava və Yaqellon Universitetlərinin Şərqşünaslıq fakültəsində türk dilləri, tarixi və mədəniyyətinə dair aparılan tədqiqatlar və tədris proqramları haqqında məlumat verilib.
Fondun Prezidenti həmçinin Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin və Yaqellon Universitetinin Filologiya fakültəsi nəzdində Şərqşünaslıq İnstitutunun Türkologiya departamentinin professor və tələbə heyəti ilə görüşərək onlar qarşısında mühazirə ilə çıxış edib. A.Raimkulova rəhbərlik etdiyi təşkilatın prioritet istiqamətləri və beynəlxalq səviyyəli layihələri haqqında auditoriyaya məlumat verib. O, türk dünyasının zəngin tarixi, mədəniyyətinin, adət-ənənələrinin Polşada təbliği, ümumtürk mədəni dəyərlərinin qorunması haqqında söhbət açıb.
Eyni zamanda Fondun prezidenti türk xalqlarının əsrlərdən bəri qoruyub yaşatdığı bayramlarından olan Novruzun tarixi, özündə ehtiva etdiyi ülvi dəyərlərdən bəhs edib.
Varşava Universitetinin tələbələri Fonda üzv ölkələrdə Novruz bayramının qeyd edilməsi ilə bağlı təqdimatlarla çıxış ediblər.
Sonda tədbir iştirakçılarına türk dövlətlərinin Polşada akkreditə olunan Səfirliklərinin birgə təşkilatçılığı ilə hazırlanmış Novruz xonçası və milli şirniyyatlar təqdim olunub.
Qeyd edək ki, Fond ilə Polşanın akademik və mədəni qurumları, eləcə də bu ölkənin tatar və karaim icması arasında sıx əməkdaşlıq mövcuddur.
Həmçinin oxuyun
21:34 / 13 Dekabr 2025
1
21:21 / 13 Dekabr 2025
19
21:19 / 13 Dekabr 2025
21
21:15 / 13 Dekabr 2025
19
21:02 / 13 Dekabr 2025
23
20:49 / 13 Dekabr 2025
150
20:44 / 13 Dekabr 2025
43
20:36 / 13 Dekabr 2025
44
20:26 / 13 Dekabr 2025
52
20:01 / 13 Dekabr 2025
177
19:53 / 13 Dekabr 2025
61
19:21 / 13 Dekabr 2025
286
19:16 / 13 Dekabr 2025
93
18:32 / 13 Dekabr 2025
896
18:12 / 13 Dekabr 2025
154
18:02 / 13 Dekabr 2025
99
17:43 / 13 Dekabr 2025
1497
17:09 / 13 Dekabr 2025
99
16:55 / 13 Dekabr 2025
326
15:58 / 13 Dekabr 2025
107
15:47 / 13 Dekabr 2025
95
15:39 / 13 Dekabr 2025
120
15:08 / 13 Dekabr 2025
2764
14:50 / 13 Dekabr 2025
111
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.